...

Sumqayıtda şəhərin təmizliyinin təmin edilməsi üzrə iş gücləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2010 18:33 (UTC +04:00)
Yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyən Sumqayıt Şəhər Təmizlik Departamenti tullantı məntəqələrinə yeni zibil qutuları düzüb. Bu barədə Şəhər İcra Hakimiyyətinin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Sumqayıtda şəhərin təmizliyinin təmin edilməsi üzrə iş gücləndirilib

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir N.İsmayılova/

Yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyən Sumqayıt Şəhər Təmizlik Departamenti tullantı məntəqələrinə yeni zibil qutuları düzüb. Bu barədə Şəhər İcra Hakimiyyətinin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Şəhər sakinlərindən tullantı yeşiklərinin çatışmazlığı barədə daxil olan şikayətlər nəzərə alınaraq, əhali sektoru üçün nəzərdə tutulmuş tullantı məntəqələrinə 80 ədəd yeni 1 100 litrlik qutular qoyulub. Yeşiklərin əksər hissəsi şəhərin mərkəzinə uzaq məsafədə yerləşən və daha çox müraciətlərin daxil olduğu 41-ci və 48-ci məhəllələr, 11-ci, 17-ci və 18-ci mikrorayonlar ərazisində qoyulub, müəyyən hissəsi isə sıradan çıxmış, istifadəyə yararsız qutuların əvəzlənməsinə yönəldilib.

Hazırda Sumqayıt şəhərinin yaşayış massivlərində 220 tullantıları qəbulu məntəqəsi var ki, onlarda da 2 392 ədəd 1 100 litrlik qutu mövcuddur.

Xəbər lenti

Xəbər lenti