...

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun ehtiyatları 27 mln manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2010 12:44 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna üzv bankların fiziki şəxslərinin ümumi depozitləri ikinci rübün yekunlarına görə 2,484 milyard manat təşkil edib ki, bunlardan sığortalanmamış əmanətlərə 818,577 milyon manat, sığortalanmışlara isə 1,665 milyard manat aiddir. Bu barədə cümə günü fonddan verilən məlumatda deyilir.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun ehtiyatları 27 mln manatı ötüb

Аzərbaycan, Bakı, 27 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna üzv bankların fiziki şəxslərinin ümumi depozitləri ikinci rübün yekunlarına görə 2,484 milyard manat təşkil edib ki, bunlardan sığortalanmamış əmanətlərə 818,577 milyon manat, sığortalanmışlara isə 1,665 milyard manat aiddir. Bu barədə cümə günü fonddan verilən məlumatda deyilir.

Mövcud hesabat dövrünə əsasən, sığortalanmış əmanətçilərin sayı 5 277 283 nəfər təşkil edib.

İkinci rübdə fonda üzv 43 bank tərəfindən həyata keçirilən təqvim ödənişləri 866 min manat, 1,299 milyon dollar və 175 min avro təşkil edib.

Fondun sığorta ehtiyatları ikinci rübün yekunlarına görə, 27,31 milyon manat təşkil edib.

Hazırda əmanət üzrə sığorta ödəmələrinin maksimal səviyyəsi 30 min manat təşkil edir. Əmanətçilər öz əmanətlərini sığortalamaq üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Avqustun 27-nə rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti