...

Gəncə Avtomobil Zavodu və "MAZ" Bakıda "şou-rum" açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2010 14:19 (UTC +04:00)
Gəncə Avtomobil Zavodu və Minsk Avtomobil Zavodu arasında ilin sonunadək Bakıda "MAZ"ın bütün məhsul nomenklaturasının "şou-rum"unun açılması barədə razılıq əldə olunub. Bu barədə cümə günü Gəncə Avtomobil Zavodunun rəhbəri Xanlar Fətiyev deyib.
Gəncə Avtomobil Zavodu və "MAZ" Bakıda "şou-rum" açır

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.İsmayılov/

Gəncə Avtomobil Zavodu və Minsk Avtomobil Zavodu arasında ilin sonunadək Bakıda "MAZ"ın bütün məhsul nomenklaturasının "şou-rum"unun açılması barədə razılıq əldə olunub. Bu barədə cümə günü Gəncə Avtomobil Zavodunun rəhbəri Xanlar Fətiyev deyib.

"Tərəflər arasında bu ilin sonunadək Bakıda yaradılacaq "şou-rum"un açılması barədə razılıq əldə olunub", - Fətiyev bildirib.

Onun sözlərinə görə, burada müxtəlif avadanlıqlı "MAZ" avtomobillərinin bir sıra nomenklaturasının yerləşdirilməsi nəzərdə tutulub.

Hazırda Gəncə Avtomobil Zavodu öz istehsal gücündə "MAZ" məhsullarının müxtəlif tip asma avadanlıqlarını, o cümlədən, Almaniyanın "Haller" şirkəti ilə saziş çərçivəsində kommunal texnika yığır.

Müəssisədə daxili bazarın ehtiyacları üçün Minsk Traktor Zavodunun məhsulu da yığılır. Marketinq tədqiqatlarına əsasən, zavod mövcud meydançalarda daxili bazar üçün ildə beş min ədədədək istehsal gücünə malikdir.

Minsk avtomobil və traktor zavodlarının yük avtomobillərinin və traktorlarının bütün qammasının yığılmasına və satışına dair saziş 2006-cı ilin noyabrın sonunda Minskdə imzalanıb.

Yığım 15 min kvadratmetr ərazidə görülür.

Gəncə Bakının qərbinin 265 kilometrliyində yerləşir.

Xəbər lenti

Xəbər lenti