Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir, A.Axundov/
Aprel-avqust aylarında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 39 ixtiraya, 7 sənaye nümunəsinə patent verib, 764 əmtəə nişanı qeydiyyatdan keçib. Bu barədə Dövlət Komitəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.
İxtiralara misal olaraq, toxumların mayedə çeşidlənmə üsulu və qurğusu, qarğıdalıdöyən, tərəvəz aşqarlı bişmiş kolbasa hazırlanması üsulu, quruducu qurğu, yanğının söndürülməsi üçün köpük əmələgətiricisi, borat turşusunun çıxarılma üsulu, asetonun alınma yolları, gəmi dizelləri üçün motor yağı, üzümü "qırmızı" üsulla emal edən qurğu və s. göstərmək olar.