...

Aİ Bakıda standartlaşdırma və metrologiya sahəsində tvininq layihəsinin nəticələrini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2010 14:27 (UTC +04:00)
Avropa İttifaqının "Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrinin gücləndirilməsi" üzrə tvininq layihəsi çərçivəsində sentyabrın 29-30-da Bakıda "Tvininq layihəsinin Azərbaycanda keyfiyyət infrastrukturu üzrə yeni yanaşmanın qəbul edilməsinə töhfəsi" adlı konfrans keçiriləcək. Bu barədə şənbə günü Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Aİ Bakıda standartlaşdırma və metrologiya sahəsində tvininq layihəsinin nəticələrini müzakirə edəcək

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir A.Axundov/

Avropa İttifaqının "Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrinin gücləndirilməsi" üzrə tvininq layihəsi çərçivəsində sentyabrın 29-30-da Bakıda "Tvininq layihəsinin Azərbaycanda keyfiyyət infrastrukturu üzrə yeni yanaşmanın qəbul edilməsinə töhfəsi" adlı konfrans keçiriləcək. Bu barədə şənbə günü Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Konfransda "SMPDK-ya standartlaşdırmanın, metrologiyanın, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyanın gücləndirilməsi" tvininq layihəsinin nəticələrinə və mahiyyətinə dair icmal, yeni yanaşmaya əsasən qanunvericiliyin uyğunlaşması, məhsulların təhlükəsizliyi və texniki tənzimləmə, CE markalanmasına dair Avropa yanaşması, sənaye inkişafında standartlaşdırmanın rolu, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi, Aİ-də bazara nəzarət və Azərbaycanda bu sahədə olan vəziyyət, metrologiya keyfiyyət infrasturkturunun bir hissəsi kimi mövzularında çıxışlar və müzakirələr olacaq.

Xəbər lenti

Xəbər lenti