...

Azərbaycanda çörək istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin seçimi elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2010 14:14 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Sahibkarlığa Yardım Milli Fondu tərəfindən müasir texnologiyalar tətbiq etmək məqsədilə çörək istehsal edən müəssisələrin yaradılması və ya fəaliyyətdə olan müəssisələrin bərpası sahəsində investisiya layihələrinin maliyyələşdirilməsi üçün müəssisə subyektlərinin təkliflərinin qəbulu elan edilib.
Azərbaycanda çörək istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin seçimi elan olunub

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir А.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Sahibkarlığa Yardım Milli Fondu tərəfindən müasir texnologiyalar tətbiq etmək məqsədilə çörək istehsal edən müəssisələrin yaradılması və ya fəaliyyətdə olan müəssisələrin bərpası sahəsində investisiya layihələrinin maliyyələşdirilməsi üçün müəssisə subyektlərinin təkliflərinin qəbulu elan edilib.

Sahibkarlar, ilk növbədə, fondun səlahiyyətli kredit təşkilatlarına müraciət etməli və maliyyələşdirmə haqqında müsbət rəy aldıqdan sonra, 2010-cu il noyabrın 8-dək Milli Fonda layihələri təqdim etməlidirlər.

Elan olunmuş müsabiqə çərçivəsində layihələr ölkənin bütün iqtisadi rayonları üzrə (Bakıdan başqa) qəbul olunur. Fondun qaydalarına əsasən, investisiya layihəsi dəyərinin minimum 40 faizi sahibkarlığın subyekti tərəfindən, qalan hissəsi isə fondun güzəştli krediti hesabına maliyyələşdirilməlidir. Layihənin maliyyələşdirilməsində payçı kimi Azərbaycan İnvestisiya Şirkəti və ya onun törəmə strukturları çıxış edə bilər.

İnvestisiya təklifləri ilə paketlər noyabrın 10-da açılacaq.

Müsabiqənin yekunları noyabrın 24-də elan olunacaq.

Əlaqə telefonları: (012) 433-63-66; (055) 227-01-36; (055) 229-29-99; (055) 227-01-30.

Faks: (012) 433-63-68.

e-mail: [email protected]

Ünvan: Bakı ş., Yasamal rayonu, А.М.Şərifzadə küç.,172, 5-ci mərtəbə.

Oktyabrın 5-nə rəsmi məzənnə 0,8024 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti