...

Azərbaycanda unun qiymətinin artması üçün zəmin yoxdur – kənd təsərrüfatı nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2010 12:47 (UTC +04:00)
Azərbaycan ərzaq buğdası ilə təminatda heç bir problem hiss etmir. Ona görə də unun qiymətinin artırılması üçün heç bir zəmin yoxdur. Bu barədə cümə axşamı Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.
Azərbaycanda unun qiymətinin artması üçün zəmin yoxdur – kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan ərzaq buğdası ilə təminatda heç bir problem hiss etmir. Ona görə də unun qiymətinin artırılması üçün heç bir zəmin yoxdur. Bu barədə cümə axşamı Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda taxıla ümumi tələbat üç milyon ton təşkil edir ki, bu tələbat artıq tam təmin olunub. İki milyon tonluq tələbat artıq yerli istehsal hesabına təmin edilib və bir milyon tondan artıq taxıl idxal olunub.

Unun qiymətinin artması mümkünlüyünə dair suala cavab verərkən Əliyev qeyd edib ki, bu məsələ İqtisadi İnkişaf Nazirliyinin səlahiyyəti daxilindədir. Lakin onun fikrincə, unun qiymətinin artması mümkün deyil, çünki ölkədə ərzaq buğdasına tələbat tam təmin olunub və respublika bu məhsulun qıtlığını hiss etmir.

Rusiyadan buğda, o cümlədən, qarabaşaq ixracına məhdudiyyətlərlə bağlı suala cavab verərkən Bəhram Əliyev qeyd edib ki, Azərbaycanda bu məhsulun qıtlığı yoxdur, respublikada istehlakçıların tələbatını ödəmək üçün yerli istehsal məhsulundan istifadə olunur, eləcə də Ukrayna və Belarusdan idxal həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti