...

Azərbaycanın milli valyutasının möhkəmləndirilməsi real və obyektiv iqtisadi faktorlara əsaslanır – Banklar Assosiasiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2010 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın inkişaf trayektoriyası kifayət qədər davamlıdır və iqtisadi artımın real və obyektiv faktorlarına əsaslanır. Odur ki, manatın məzənnəsinin bir qədər enib-qalxması buna nəzərəçarpacaq dərəcədə dəyişiklik etməyəcək. Bu barədə cümə günü Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov deyib.

Cümə günü Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən dolların manata nisbətdə rəsmi məzənnəsi "tarixi minimum"a çataraq 0,7997 AZN/USD təşkil edib. İlin əvvəlinə olan məlumata görə, dolların manata nisbətdə məzənnəsi 0,8029 AZN/USD, 2009-cu il noyabrın 5-də 0,8032 AZN/USD təşkil edib. Dolların manata olan məzənnəsi müvafiq olaraq 0,39 və 0,44 faiz ucuzlaşıb.

"Bu mərhələdə ölkənin Mərkəzi Bankının siyasətindən çıxış edərək, məzənnənin manatın gücləndirilməsinə yönəldilməsi məqsədəuyğun ola bilər. Və mənə elə gəlir ki, manat bundan sonra da möhkəmlənəcək", - İsmayılov qeyd edib.

Onun fikrincə, belə enib-qalxma Azərbaycanın idxal və ixracatçılarına əhəmiyyətli təsir göstərə bilməz.

Xəbər lenti

Xəbər lenti