...

Dekabrın 1-dən Özbəkistanda əməkhaqqı və pensiyalar artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2010 11:56 (UTC +04:00)
Özbəkistan Prezidenti İslam Kərimov bazar ertəsi "Əməkhaqları, pensiya, təqaüd və sosial müavinətlərin məbləğinin artırılması haqqında" fərman imzalayıb.
Dekabrın 1-dən Özbəkistanda əməkhaqqı və pensiyalar artırılacaq

Özbəkistan, Daşkənd, 16 noyabr /Trend, müxbir D.Əzizov/

Özbəkistan Prezidenti İslam Kərimov bazar ertəsi "Əməkhaqları, pensiya, təqaüd və sosial müavinətlərin məbləğinin artırılması haqqında" fərman imzalayıb. Fərman respublikanın elektron KİV-ində dərc olunub.

Sənədə əsasən, dekabrın 1-dən büdcə müəssisə və təşkilatları işçilərinin maaşları, bütün növ pensiya, sosial müavinətlər və təqaüdlər orta hesabla 1,2 dəfə artırılacaq.

Bununla yanaşı, əməkhaqlarının münimum məbləği və vahid tarif cədvəlinin ilkin (sıfır) dərəcəsi ayda 49 735 sum, yaş üzrə pensiya və uşaqlıq vaxtından əlilliyə görə müavinətlər - 97 285 sum, qocalığa, əmək qabiliyyəti və zəruri əmək stajı olmayan vətəndaşlara müavinətlər ayda 59 690 sum olacaq.

Eyni zamanda, əməkhaqlarına bütün növ əlavələrin növləri, eləcə də pensiyalar, iki yaşına çatanadək uşaqlara qulluğa görə analara verilən müavinətlər, minimum əməkhaqqına nisbətdə təyin edilmiş kompensasiya və digər ödəmələr 2010-ci il dekabrın 1-dən müəyyən fərmanla əməkhaqqının minimum həcmində həyata keçiriləcək.

Fərmana görə, büdcə müəssisə və təşkilatları işçilərinin əməkhaqlarının, pensiyalar, müavinətlər və təqaüdlərin atrtırılması ilə bağlı bütün xərclər respublikanın dövlət büdcəsinin və Maliyyə Nazirliyi yanında büdcədənkənar Pensiya Fondunun vəsaitləri hesabına həyata keçiriləcək.

Büdcə müəssisə və təşkilatları işçilərinin əməkhaqlarının, pensiyalar, müavinətlər və təqaüdlərin artırılması ilə bağlı xərclər respublikanın dövlət büdcəsinin və Maliyyə Nazirliyin yanındakı büdcədənkənar Pensiya Fondunun vəsaitləri hesabına həyata keçiriləcək.

Təsərrüfat hesablı birliklər, müəssisə və təşkilatlar hazırkı fərmanla müəyyən edilmiş minimum əməkhaqqına nisbətdə əməkhaqlarının artırılmasını istehsalın səmərəliliyinin artırılması və əmək xərclərinin azaldılması hesabına həyata keçirəcəklər.

Özbəkistanda sonuncu dəfə əməkhaqları, pensiya, təqaüd və sosial müavinətlərin məbləğində orta hesabla 1,2 dəfə artım 2010-cu il avqustun 1-də həyata keçirilib. O zaman minimum əməkhaqqı ayda 45 215 sum, yaşa görə minimum pensiya 88 845 sum, uşaqlıq vaxtından əlilliyə görə 88 845 sum, qocalığa, zəruri əmək stajı və əmək qabiliyyətinə malik olmayan vətəndaşlara müavinətlər ayda 54 265 sum məbləğində müəyyən edilmişdi.

Noyabrın 16-na olan rəsmi məzənnə 1630,97 sum/$1 təşkil edir.

Xəbər lenti

Xəbər lenti