...

Azərbaycanın Hesablama Palatası və Auditorlar Palatası anlaşma memorandumu imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2010 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Hesablama Palatası və Auditorlar Palatası çərşənbə günü qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar. Bu barədə Hesablama Palatasının cümə axşamı yayılan məlumatında deyilir.

Memorandum daha sıx qarşılıqlı əməkdaşlığın qurulmasının səmərəliliyinin artırılmasını, ikitərəfli əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsini, auditor təcrübəsinin ümumiləşdirilməsini, milli və beynəlxalq təcrübənin qarşılıqlı mübadiləsini, eləcə də öz səlahiyyətləri daxilində qarşılıqlı maraq kəsb edən məsələlərin həlli istiqamətində qarşılıqlı fəaliyyətin təşkilini nəzərdə tutur.

Memorandum çərçivəsində Hesablama Palatası tərəfindən maliyyə nəzarəti sisteminin və Auditorlar Palatası tərəfindən audit xidmətinin təkmilləşdirilməsi sahəsi üzrə zəruri tədbirlərin görülməsi, birgə tədqiqatların aparılması, analitik və metodiki materialların hazırlanması, normativ hüquqi aktların, Ali Audit Qurumlarının Beynəlxalq Standartlarının (ISSAI) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (IFRS) tətbiqi ilə əlaqədar müvafiq tədbirlər nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti