...

Azərbaycanda yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət laboratoriyası açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2010 16:59 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət üzrə yeni laboratoriya istifadəyə verilib.
Azərbaycanda yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət laboratoriyası açılıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət üzrə yeni laboratoriya istifadəyə verilib. Bu barədə bazar ertəsi nazirlikdən məlumat verilib.

Laboratoriyada yeyinti məhsullarının (ət və ət məhsulları, balıq, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, meyvə-tərəvəz, bitki və heyvan mənşəli yağlar və s.) fiziki-kimyəvi, bioloji və toksikoloji göstəricilərinin qısa müddət ərzində və yüksək həssaslıqla təyin edilməsi üçün hər cür şərait yaradılıb.

Laboratoriya dünyanın tanınmış "Varian", "Simens", "Labart", "Orka Food", "Esco Biotech", "Şmartze" kimi şirkətlərinin istehsalı olan ən müasir cihaz və avadanlıqlarla təchiz edilib və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiyadan keçirilib.

Hazırda laboratoriyanın beynəlxalq İSO 17025 standartı üzrə akkreditasiyadan keçirilməsi üçün işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti