...

Azərbaycanda özəlləşdirmə çeklərinin dövriyyə müddəti bitdikdən sonra özəlləşdirmədə iştirakın yeni mexanizmləri müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2010 14:58 (UTC +04:00)
Azərbaycanda dövlət özəlləşdirmə paylarının dövriyyə müddəti bitdikdən sonra (31 dekabr 2010) özəlləşdirmə prosesində iştirak üçün yeni mexanizmlər müəyyənləşdirilib. Bu barədə cümə axşamı Azərbaycanın Əmlak Məsələləri üzə Dövlət Komitəsinin məlumatında deyilir.
Azərbaycanda özəlləşdirmə çeklərinin dövriyyə müddəti bitdikdən sonra özəlləşdirmədə iştirakın yeni mexanizmləri müəyyən edilib

Azərbaycan, Bakı, 9 dekabr/Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda dövlət özəlləşdirmə paylarının dövriyyə müddəti bitdikdən sonra (31 dekabr 2010) özəlləşdirmə prosesində iştirak üçün yeni mexanizmlər müəyyənləşdirilib. Bu barədə cümə axşamı Azərbaycanın Əmlak Məsələləri üzə Dövlət Komitəsinin məlumatında deyilir.

"Azərbaycan Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 22 iyun 2010-cu il tarixli fərmanına əsasən, yeni mexanizmlər özəlləşdirmə paylarının (çeklərin) müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə iştirakını təmin edəcək", - məlumatda deyilir.

Bu dəyişikliklər həm səhmdar cəmiyyətlərinin səhmlərinin güzəştli satışı, pul və ixtisaslaşdırılmış çek hərracları, həm də kiçik müəssisələrin özəlləşdirilməsi prosesini əhatə edir.

Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvar ayının 1-dən başlanılıb və iki mərhələdə həyata keçirilib. Ümumilikdə, vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə uyğun olaraq, 1997-ci il yanvar ayının 1-dək anadan olmuş Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Özəlləşdirmə çeklərindən ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadə edilib.

Özəlləşdirmə dövrü ərzində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinib, bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80 faizini təşkil edir.

Dövlət özəlləşdirmə paylarından daha geniş istifadə edilməsi məqsədilə onların dövriyyə müddəti bir neçə dəfə uzadılıb (2002-ci ilin yanvarın 1-dək, 2004-cü ilin iyulun 1-dək, 2008-ci ilin yanvarın 1-dək və son dəfə 2010-cu ilin dekabrın 31-dək).

Hazırda "qara bazar"da bir özəlləşdirmə payının qiyməti 5 manatdır. Ötən müddət ərzində 1 payın maksimal qiyməti 85 manatı ötməyib.

Xəbər lenti

Xəbər lenti