...

Azərbaycanın istehlak bazarında bayramqabağı monitorinqlərə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2010 16:43 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında bayramqabağı monitorinqlərə başlayır.
Azərbaycanın istehlak bazarında bayramqabağı monitorinqlərə başlanılır

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında bayramqabağı monitorinqlərə başlayır. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Yeni il bayramı ilə əlaqədar ticarət obyektlərində içərisində müxtəlif ərzaq məhsulları olan bayram hədiyyələrinin satışı artır.

Monitorinqlər zamanı qanun pozuntusuna yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Dövlət Xidməti istehlakçılardan diqqətli olmağı, rast gəldikləri qanun pozuntuları barədə 498-15-01, 498-15-04 nömrəli telefonlarla məlumat vermələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti