...

Azərbaycanda İKT və ərzaq məhsulları sahəsində yeni standartlar təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2010 18:38 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi informasiya texnologiyaları və ərzaq məhsulları sahəsində yeni dövlət standartlarını təsdiq edib.
Azərbaycanda İKT və ərzaq məhsulları sahəsində yeni standartlar təsdiq edilib

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi informasiya texnologiyaları və ərzaq məhsulları sahəsində yeni dövlət standartlarını təsdiq edib. Bu barədə çərşənbə axşamı komitədən məlumat verilib.

Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsi tərəfindən hazırlanan AZS 495-2010 və AZS 496-2010 dövlət standartları 2010-cu il dekabrın 20-dən etibarən qüvvəyə minəcək:

AZS 495-2010 "Azərbaycan əlifbası hərflərinin dildən asılı klaviatura düzümü";

AZS 496-2010 "Azərbaycan əlifbası hərflərinin dildən asılı olmayan klaviatura düzümü".

Məlumatda o da qeyd edilib ki, standartlaşdırma üzrə Texniki Komitə tərəfindən ərzaq məhsulları sahəsində hazırlanan 12 dövlət standartı 2011-ci il yanvarın 10-dan etibarən qüvvəyə minəcək:

AZS 507-2010 (İSO 1574:1980) "Çay. Suda həll olunan ekstraktiv maddələrin təyini";

AZS 508-2010 (İSO 1575:1987) "Çay. Ümumi, suda həll olmayan və suda həll olan külün təyini üsulları";

AZS 509-2010 (İSO 1839:1980) "Çay. Nümunə alma";

AZS 511-2010 "Çay. Xam sellülozun təyini";

AZS 512-2010 (İSO 1572:1980) "Çay. Xırdalanmış nümunənin hazırlanması və quru maddələrin təyini üsulu";

AZS 514-2010 (ISO 5555:2001) "Bitki və heyvan yağları və piyləri. Nümunə götürmə";

AZS 516- 2010 (ISO 662:1998) "Bitki və heyvan yağları və piyləri. Nəmlik və uçucu maddələrin miqdarının təyini";

AZS 518-2010 (İSO 3960:2007) "Bitki və heyvan yağları və piyləri. Peroksid ədədinin təyini";

AZS 519-2010 (İSO 3961:2009) "Bikti və heyvan yağları və piyləri. Yod ədədinin təyini";

AZS 523-2010 (İSO 3657:2002) "Bitki və heyvan yağları və piyləri. Sabunlaşma ədədinin təyini";

AZS 524-2010 (İSO 663:2007) "Bitki və heyvan yağları və piyləri. Həll olmayan qarışıqların miqdarının təyini";

AZS 527-2010 (İSO 6320:2000) "Bitki və heyvan yağları və piyləri. Refraksiya indeksinin təyini".

Xəbər lenti

Xəbər lenti