...

Azərbaycanda informasiya texnologiyaları sahəsində daha 4 Dövlət standartı təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2010 14:17 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi informasiya texnologiyaları sahəsində daha 4 dövlət standartı təsdiq edib. Bu barədə cümə günü komitədən bildiriblər.
Azərbaycanda informasiya texnologiyaları sahəsində daha 4 Dövlət standartı təsdiq edilib

Azərbaycan, Bakı, 17 dekabr/Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi informasiya texnologiyaları sahəsində daha 4 dövlət standartı təsdiq edib. Bu barədə cümə günü komitədən bildiriblər.

Dövlət komitəsi İKT sahəsində aşağıdakı standartları təsdiq edib:

- AZS 492-2010 (İSO/İEC 27005-2008) "İnformasiya texnologiyaları - təhlükəsizlik metodları - iformasiya təhlükəsizliyi risklərinin idarə olunması";

- AZS 493-2010 (İSO/İEC TR 18044-2007) "İnformasiya texnologiyaları - təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri - iformasiya təhlükəsizliyi insidentlərinin idarə olunması";

- AZS 494-2010 (İSO/İEC 27001-2005) "İnformasiya təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükləsizliyinin idarə edilməsi sistemləri. Tələblər";

- AZS 497-2010 (İSO/İEC 11770-1-2007) "İnformasiya texnologiyaları. Təhlükəsizlik metodları. Açarların idarə olunması. Hissə 1. Struktur".

Yeni standartlar 2010-cu il dekabrın 20-dən etibarən qüvvəyə minəcək.

Xəbər lenti

Xəbər lenti