...

Azərbaycan bankı "Zaminbank" səhmlərin əlavə emissiyasının yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2010 17:18 (UTC +04:00)
Dekabrın 27-dən "Zaminbank" ASC-nin ümumi məbləği 5 milyon manat olan və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınan adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.
Azərbaycan bankı "Zaminbank" səhmlərin əlavə emissiyasının yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Dekabrın 27-dən "Zaminbank" ASC-nin ümumi məbləği 5 milyon manat olan və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınan adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq. Bu barədə Bakı Fond Birjasının (BFB) cümə günü yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 25 min qiymətli kağız buraxılıb.

"Bank BFB-yə "Zaminbank"ın səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib", - məlumatda deyilir.

Emissiya prospektinə görə, yerləşdirmə Bakı Fond Birjasında açıq abunə metodu ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsinin anderrayteri kimi "Technika Capital Management" MMC çıxış edəcək.

Emissiyanın yerləşdirilməsindən sonra bankın nizmanamə kapitalı 18,7 milyon manata çatdırılacaq.

"Zaminbank" 1992-ci il noyabrın 16-da fəaliyyətə başlayıb. Bankın səhmdarfları üç fiziki şəxsdir.

"Zaminbank" Azərbaycanda "Caspian Money Transfer" beynəlxalq pul köçürmələri sisteminin ilk yaradıcısıdır.

Bu bank Azərbaycan Beynəlxalq Bankı (Azərbaycan bankları arasında xaricdə ən geniş şəbəkəyə malik bank) və Qafqaz İnkişaf Bankından sonra ölkənin hüdudlarından kənarda təmsil olunan üçüncü bankdır. "Zaminbank"ın ilk daimi nümayəndəliyi 2007-ci ildə Moskvada yaradılıb. Bankın gələcək planlarına fəaliyyət coğrafiyasını MDB ölkələrində genişləndirmək (Ukrayna və Gürcüstanda nümayəndəlik açmaq planlaşdırılır), Türkiyədə nümayandəliyin açılması daxildir.

Dekabrın 17-nə olan rəsmi məzənnə 0,7987 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti