Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Yeni il bayramı ilə əlaqədar gündəlik monitorinqlərin aparılmasına başlayıb. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.
"Yeni il bayramının gəlişi ilə əlaqədar əhalinin bir sıra ərzaq mallarına tələbatı artır. Bununla əlaqədar dövlət xidməti bayram üçün daha çox tələb olunan ərzaq mallarının qiymətlərinin gündəlik monitorinqinə başlayıb", - məlumatda deyilir.
İstehlak mallarının qiymətlərində artım halları ilə rastlaşdıqda Dövlət Xidməti alıcılardan bu barədə məlumat verməyi xahiş edir.