...

"Birlikbank"ın lisenziyası ləğv edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2011 10:13 (UTC +04:00)
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan “Birlikbank”ASC-nin lisenziyası ləğv edilib. “Birlikbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.06.1993-cü il tarixli, 154 saylı lisenziya “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.18-ci maddələrinə əsasən ləğv olunub.
"Birlikbank"ın lisenziyası ləğv edildi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan "Birlikbank"ASC-nin lisenziyası ləğv edilib. "Birlikbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.06.1993-cü il tarixli, 154 saylı lisenziya "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.18-ci maddələrinə əsasən ləğv olunub.

Həmin qərarla "Birlikbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Müvəqqəti inzibatçı bankın yerləşdiyi müvafiq ünvanda fəaliyyət göstərir (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23).

Qeyd edək ki, 28 yanvar 2011-ci il tarixinə respublikada 44 bank fəaliyyət göstərir ki, onlardan 1-i dövlət, 43-ü isə kommersiya bankıdır. 

Xəbər lenti

Xəbər lenti