...

Azərbaycan Dövlət Gömrük Komitəsi dənizdə qaçaqmalçılıq faktlarına nəzarəti gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2011 12:59 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi Xəzər dənizinin iqtisadi maraqlarının müdafiəsi İdarəsinin fəaliyyətini bərpa etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə günü DGK-nın sədri Aydın Əliyev deyib.
Azərbaycan Dövlət Gömrük Komitəsi dənizdə qaçaqmalçılıq faktlarına nəzarəti gücləndirir

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Dövlət Gömrük Komitəsi Xəzər dənizinin iqtisadi maraqlarının müdafiəsi İdarəsinin fəaliyyətini bərpa etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə günü DGK-nın sədri Aydın Əliyev deyib.

"Katerlərin olmamasına görə idarə fəaliyyətini dayandırmışdı. Bu gün ilk dəfə olaraq üç müasir kater və 42 avtomobilin təqdimatını keçiririk", - Əliyev deyib.

Onun sözlərinə görə, bunlar Skandinaviya ölkələrinin sərhəd-gömrük orqanlarında istifadə olunan ən müasir katerlərdir.

Katerin uzunluğu beş tonluq dedveytlə 16 metr, sürəti 42 mil təşkil edir.

"Katerlərin alınmasının əsas məqsədi dənizdə qaçaqmalçılıq faktları aşkar olunan zaman operativ tədbirlərin görülməsidir", - DGK-nın rəhbəri deyib.

Hər bir kater dənizdə qanunsuz hərəkət faktlarının aşkar olunması üçün bütün lazımi avadanlıqlarla təchiz olunub və ekipajla birlikdə 16 nəfər tutur.

Xəbər lenti

Xəbər lenti