...

"Parabank" "Ən innovativ bank məhsulu təqdim etməkdə uğurlu üzv təşkilat" nominasiyası mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2011 20:46 (UTC +04:00)
Yanvarın 28-də “Hyatt Regency” mehmanxanasında Azərbaycan Mikromaliyya Asosiasiyası (AMA) tərəfindən keçirilən təntənəli mərasimdə “Parabank” ASC “ – ın “Visa İnternational” plastik kartlar üzrə “Ən innovativ bank məhsulu təqdim etməkdə uğurlu üzv təşkilat” nominasiyası mükafatına layiq görülüb və AMA-nın xüsusi mükafatı ilə təltif olunub. Bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.
"Parabank" "Ən innovativ bank məhsulu təqdim etməkdə uğurlu üzv təşkilat" nominasiyası mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 4 fevral/Trend/

Yanvarın 28-də "Hyatt Regency" mehmanxanasında Azərbaycan Mikromaliyya Asosiasiyası (AMA) tərəfindən keçirilən təntənəli mərasimdə "Parabank" ASC " - ın "Visa İnternational" plastik kartlar üzrə "Ən innovativ bank məhsulu təqdim etməkdə uğurlu üzv təşkilat" nominasiyası mükafatına layiq görülüb və AMA-nın xüsusi mükafatı ilə təltif olunub. Bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

"Bu etiraf bizim üçün çox xoş və sevindirici haldır, çünki bizim bank öz imkanlarını ildən-ilə genişləndirməklə müştəri məmnunluğunun qalxmasını təmin edir", - "Parabank"ın biznesin inkişafı və marketinq departamentinin ictimaiyyətlər əlaqə şöbəsinin müdiri Ramiz Əliyev bu mükafatın alınmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, "Parabank" müttəmadi olaraq yerli bazarda daimi araşdırmalar aparır və istehlakçıların tələbatlarını nəzərə alaraq yeniliklər ixtira edirək, tədbiq edir.

"Parabank" öz plastik kart sahiblərinə eksklyuziv üstünlüklər və imtiyazlar verir. Hazırda Azerbaycanın iqtisadi maliyyə bazarında "Parabank"-ın plastik kartlar sahəsində rəqibi yoxdur.

Biz məhsullarımızın təkminləşdirilməsi məqsədi ilə daima çalışırıq", - Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti