...

DB Azərbaycandakı portfelinin icmalının aparılması müddətini dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2011 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir N.İsmayılova/

Dünya Bankı (DB) Azərbaycanda reallaşdırdığı portfelin icmalının aparılması müddətini cari ilin yazına keçirib. Bu barədə bazar ertəsi bankın Bakı nümayəndəliyindən məlumat verilib.

"Bundan əvvəl icmalın yanvarın sonu - fevralın əvvəllərində keçirilməsi planlaşdırılırdı, lakin indi onun mart-aprel aylarında keçiriləcəyi gözlənilir. Ötən il portfelin icmalı keçirilərkən hər sahə üzrə layihənin baxılma qrafiki müəyyən edilib. Bankın yeni layihələrin reallaşdırılması üzrə müzakirələr aparması səbəbindən icmalın yaza qədər təxirə salınması məqsədəuyğun hesab edildi", - bankdan deyiblər.

Portfelin icmalının keçirilməsi məqsədilə DB-nın Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Ələmin Bakıya səfəri gözlənilir.

Ölkənin 1992-ci ildə BYİB-ə və 1995-ci ildə BİA-ya qoşulmasından sonra, Dünya Bankının Azərbaycan qarşısında öhdəlikləri 43 layihə üçün təxminən, 3 milyard ABŞ dolları təşkil edib. Azərbaycanın 1995-ci ildə qoşulmasından sonra IFC-nin öhdəlikləri 45 layihə üçün demək olar, 350 milyon ABŞ dolları təşkil edir.

Hazırda bank ümumi dəyəri təxminən iki milyard dollar olan 20 layihəni maliyyələşdirir. Onlar nəqliyyat, su və kanalizasiya sektorunu, kənd təsərrüfatı və irriqasiyanı, səhiyyə və təhsili əhatə edirlər.

"Portfelin icmalı layihə rəhbərləri ilə görüşlərin təşkili vasitəsilə aparılacaq və onlar layihələrin həyata keçirilməsinin vəziyyəti, problemlər barədə danışacaqlar, bundan sonra onların sürətləndirilməsinə dair tövsiyələr veriləcək", - DB nümayəndəliyindən bildirilib.

Bir müddət əvvəl DB-nin Bakı nümayəndəliyinin rəhbəri Cozef Ouenin dediyi kimi, hazırda hələ də vəsait cəlb olunmasına ehtiyacı olan 1,8 milyard dollarlıq layihə mövcuddur. Bu layihələr suların təmizlənməsi, dəmir yolu örtüklərinin və avtomobil yollarının yenidənqurulması kimi sektorlara aiddir.

"DB nəticələrə daha tez nail olmaq üçün bu layihələrin cəlb olunması prosesinin sürətləndirilməsi üçün var gücünü sərf edəcək", - bankın ölkə üzrə meneceri bildirib.

Ötən ilin sonlarında DB Azərbaycanla yeni strateji əməkdaşlıq proqramı açıqlayıb. O, 2011-2014-cü illər üçün nəzərdə tutulub və Azərbaycana kömək göstərilməsi üzrə əsas sənəddir.

Yeni strategiya bir sıra fərqləndirici xüsusuiyyətlərə malikdir. Birincisi, mövcud layihələrin həyata keçirilməsinin sürətləndirilməsinə diqqət ayrılacaq. İkincisi, yeni investisiyalar seçim üzrə, yəni hökumət tərəfdən tələb nəzərə alınmaqla həyata keçiriləcək. Nəhayət, bank iş yerlərinin yaradılması və artımı, yoxsulluq və qeyri-bərabərlik, maliyyə sektoru, kənd təsərrüfatı və suvarma, çirkab suları və dövlət xərcləri sahəsində analitik fəaliyyətini artıracaqdır.

Strategiyanın əhatə etdiyi bütöv dörd il müddətinə hökumət təxminən 1 milyard ABŞ dolları həcmində investisiyaların ayrılması üçün müraciət edib. İlk iki il ərzində, ayrılacaq kreditlərin təxminən 380 milyon ABŞ dolları təşkil etməsi gözlənilir. Ölkənin adambaşı gəlirinin 4 820 ABŞ dolları təşkil etməsini (Atlas metodu, 2009) və nəticədə ortagəlirli ölkələr kateqoriyasına aid edilməsini nəzərə alaraq, 2011-ci il ölkənin Dünya Bankından güzəştli kredit alacağı son il olacaq. Dünya Bankı Qrupunun özəl sektoru kreditləşdirən qolu Beynəlxalq Maliyyə Korporasiyası (BMK) həmin dövr ərzində investisiya proqramını 200 milyon ABŞ dollarına qədər artıracaq.

Xəbər lenti

Xəbər lenti