...

Azərbaycanın lizinq şirkəti gəliri 15 faiz olan istiqrazların yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2011 20:45 (UTC +04:00)
Fevralın 17-dən etibarən "Finans Lizinq" ASC-nin 400 min manat məbləğində qeydə alınan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi başlayacaq.
Azərbaycanın lizinq şirkəti gəliri 15 faiz olan istiqrazların yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Fevralın 17-dən etibarən "Finans Lizinq" ASC-nin 400 min manat məbləğində qeydə alınan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi başlayacaq. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının (BFB) çərşənbə günü yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 manat olan 800 istiqraz buraxılıb. Qiymətli kağızların dövriyyə müddəti illik 15 faiz və ödəniş dövrü 30 gün olmaqla 30 gündür.

Yerləşdirmənin anderrayteri qismində "Caspian Financial" MMC çıxış edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə BFB-də açıq yazışma yolu ilə aparılacaq. "Finans Lizinq" ASC istiqrazlarının qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı BFB-yə müraciət edib.

"Finans Lizinq" ASC 2007-ci il aprelin 2-də dövlət qeydiyyatından keçib. Hazırda ASC-nin səhmdarları Azərbaycanın 16 fiziki şəxsidir. Səhmlərin əsas payı Azad Cavadova, Tokay Şıxəlizadəyə (hər biri 15,83 faiz), Mobil Şərifova (15,17 faiz) və İbharim İbrahimova (10 faiz) məxsusdur.

Fevralın 16-na olan rəsmi məzənnə 0,7954 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti