Azərbaycan, Bakı, 23 fevral /Trend/
Bakı Banklarası Valyuta Birjasında (BBVB) banklararası kredit bazarının təşkil etdiyi "Zəmanətli pul bazarı seqmenti"ndə 90 gün borc müddəti ilə sövdələşmə qeydə alınıb. Bu barədə birjanın çərşənbə günü yaydığı məlumatda deyilir.
Məlumata əsasən, sövdələşmənin həcmi illik 6 faizlə 2 milyon manat təşkil edib.
Zəmanətli pul bazarı banklararası kredit bazarının seqmentidir. Orada əməliyyatlar üzrə öhdəliklərin yerinə yetirilməsinə Mərkəzi Bank tərəfindən zəmanət verilir. Bankların ticarət limitləri Mərkəzi Bank tərəfindən müəyyən edilir və bütün iştirakçılar arasında razılaşdırılır.
Ticarət limitlərinin dəyişdirilməsi haqqında qərara da Mərkəzi Bank baxır. Saziş iştirakçı banklardan hər biri ayda bir dəfə bir milyon manatdan çox olmamaqla kredit vəsaitlərini cəlb edə bilər. Kreditin verilməsinə maksimum müddət 90 gündən çox deyil. Faiz dərəcələrinin məbləğini banklar müstəqil surətdə müəyyənləşdirirlər.
Hazırda zəmanətli pul bazarının iştirakçılarının sayı 10 bank təşkil edir.