...

2011-ci ilin əvvəlindən Azərbaycan sahibkarları təxminən 18 milyon manat güzəştli kredit alıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2011 13:25 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Şəki və ətraf rayonların 18 sahibkarına güzəştli şərtlərlə 223 min manat məbləğində kredit verilib.
2011-ci ilin əvvəlindən Azərbaycan sahibkarları təxminən 18 milyon manat güzəştli kredit alıblar

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir N.İsmayılova/

Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Şəki və ətraf rayonların 18 sahibkarına güzəştli şərtlərlə 223 min manat məbləğində kredit verilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

"Bu kreditlər hesabına 35 yeni iş yerinin yaradılması nəzərdə tutulur", - məlumatda deyilir. Tədbir Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 250-dək sahibkarın iştirakı ilə keçirilib.

Tədbir çərçivəsində iştirakçılar "Karat Holdinq" MMC-nin Şəki rayonunda tutumu 10 min ton olan müasir taxıl anbarı kompleksinin fəaliyyəti ilə tanış olublar.

Tədbirdə Şəki rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan sutkalıq istehsal gücü 10 ton olan çörək zavodunun və illik istehsal gücü 2000 ton quş əti olan ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

2011-ci ildə SKMF tərəfindən 17,8 milyon manat məbləğində 182 kredit verilib.

Ümumilikdə Fond 2010-cu ilin ötən dövründə 1430 sahibkara 115 milyon manat məbləğində güzəştli kreditlər verib. Verilmiş kreditlərin 99,8 faizi regionların payına düşür. Bu kreditlər hesabına 5600-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu il Fond güzəştli kreditlərin maliyyələşdirilməsinə 125 milyon manat ayırmağı planlaşdırır.

Fevralın 25-nə olan rəsmi məzənnə 0,7941 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti