...

ABŞ Xəzinədarlığının dəstəyi ilə Azərbaycanda maliyyə terrorizmi ilə mübarizə üzrə təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2011 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir N.İsmayılova/

Fevralın 21-25-də Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları üçün ABŞ Xəzinədarlığının texniki dəstəyi ilə "Maliyyə təhlili metodları" adlı təlim kursu təşkil olunub. Trend-in məlumatına görə, bu barədə xidmətin bazar ertəsi yayılan məlumatında deyilir.

Təlim ingilis dilində ekspertlər Vilyam Gilliqan və Daniel Neau tərəfindən keçirilib.

Təlim iki hissədən ibarət olub. Birinci hissə xidmətə daxil olan məlumatların işlənməsi, prioritetlərin müəyyən olunması, tədqiqat və təhlil, tədqiqatın təhlilinin təqdimatı və məlumat axınının idarə olunmasından ibarət olub.

Təlimin ikinci hissəsinə cinayət yolu ilə əldə olunan pulların leqallaşdırılması üzrə institutlaşdırılmış əməliyyatların aşkara çıxarılması və təhlili, terrorizmin maliyyələşdirilməsi, eləcə də beynəlxalq əməkdaşlıq məsələləri daxildir.

Kursda müzakirə olunan konsepsiyalar çərçivəsində praktiki nümunələr əsasında xüsusi tapşırıqdan istifadə olunub. Kursda analitik, hüquq və metodoloji şöbələrin, eləcə də informasiyanın işlənməsi xidmətinin əməkdaşları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti