...

Azərbaycanın lizinq şirkətinin portfeli yanvar ayı ərzində 2,4 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Ü.İsmayılova/

2011-ci il fevralın 1-nə olan məlumata əsasən, Azərbaycanın iri lizinq şirkətlərindən biri "AG Leasing"in portfeli yanvarın 1-də qeydə alınan 3,013 milyon manata nisbətdə 2,943 milyon manat təşkil edib. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatında deyilir.

Fevral ayı ərzində həyata keçirilən lizinq müqavilələrinin sayı ötən ayda olduğu kimi 103, lizinqə verilmiş avadanlıqların ümumi dəyəri isə yanvarın 1-dəki 5,553 milyon manata qarşı 5,412 milyon manat təşkil edib.

Lizinq portfelinin həcminə görə "AG Leasing" QSC Azərbaycanın aparıcı lizinq şirkətləri qrupuna daxildir. Şirkətin müştəriləri həm hüquqi, həm də fiziki şəxslər - sahibkarlardır.

"AG Leasing" 2005-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı bir milyon manat təşkil edir. Şirkət əsasən üç sahə üzrə lizinq verir - nəqliyyat, ticarət, tibbi ləvazimatlar. Şirkət lizinqə verilən avadanlıqları 60 ay müddətinə, əvvəlcədən 20 faizdən başlayaraq 50 faizə qədər ilkin ödənişlə və faiz dərəcəsi 20 faizdən 24 faizə olmaqla verir.

Şirkətin kapitalında "AG Bank"ın 35 faiz, "Hiperion Capital Management" - 30 faiz, "Delta Trans LLC" - 25 faiz və "Milio Leasing Limited"in 10 faiz pay hissəsi var.

Martın 2-nə olan rəsmi məzənnə 0,7939 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti