...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal qiymətləri fevralda 2,5 faiz artıb - Statistika Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Ü.İsmayılova/

Fevralda əkinçilik və heyvandarlıq məhsullarının istehsal qiymətləri yanvara nisbətən 2,5 faiz artıb. Bu barədə cümə günü Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ay birillik kənd təsərrüfatı məhsulları arasında istiotun qiyməti 0,2 faiz, kələm 0,9 faiz, göyərti 1,6 faiz, soğan 1,5 faiz, qırmızı turp 1,1 faiz, kartof 8,8 faiz, arpa isə 2,6 faiz bahalaşıb.

Fevralda çoxillik bitkilər arasında narın qiyməti 3,6 faiz, alma 8,2 faiz, armud 3,2 faiz, limon 4,4 faiz, şabalıd 0,1 faiz, fındıq 5,1 faiz, qoz 11,1 faiz bahalaşıb.

Heyvandarlıq məhsullarının istehsal qiymətləri üzrə iribuynuzlu mal-qaranın diri çəkisi 0,2 faiz, süd 2,2 faiz, quzu və keçinin diri çəkisi 1,6 faiz, qoyun südü 0,3 faiz, toyuq yumurtası isə 43 faiz bahalaşıb.

Fevralda ev quşlarının diri çəkisi 7,5 faiz, inək südü 2,7 faiz ucuzlaşıb. Balıq və balıq məhsullarının qiymətləri isə 1,1 faiz ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti