...

Azərbaycan bankı "Texnikabank" əmanətlər üzrə yeni faiz dərəcələri təyin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2011 14:22 (UTC +04:00)
Azərbaycan bankı "Texnikabank" ASC 11 aprel 2011-ci il tarixindən etibarən yeni əmanətlər üzrə faiz dərəcələrinin milli valyuta və ABŞ dolları ilə maksimum həddini illik 8 faiz təyin edib.
Azərbaycan bankı "Texnikabank" əmanətlər üzrə yeni faiz dərəcələri təyin edib

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Texnikabank" ASC 11 aprel 2011-ci il tarixindən etibarən yeni əmanətlər üzrə faiz dərəcələrinin milli valyuta və ABŞ dolları ilə maksimum həddini illik 8 faiz təyin edib. Bu barədə bankın məlumatında deyilir. Qərar Müşahidə Şurası tərəfindən aprelin 7-də qəbul edilib.

Məlumata görə, son illər avro valyutasında müşahidə olunan volatillik nəzərə alınaraq, faiz dərəcəsinin illik 7 faiz həddindən artıq olmamaq şərtilə qəbul olunması qərara alınıb.

"Son zamanlar "Texnikabank" ASC-nin imicinin, işgüzar nüfuzunun daha da yüksəlməsi, banka olan etibarın və müştərilərin sayının artması müşahidə olunub, eyni zamanda bankın likvidiliyinin artmasına zəmin yaranıb", - bankın məlumatında deyilir.

Aprelin 1-nə olan məlumata görə, "Texnikabank" ASC-nin aktivləri 534,74 milyon manat təşkil edib.

"Texnikabank" bank bazarında 1993-cü ildən fəaliyyət göstərir və 2007-ci ilədək 100 faiz Azərbaycan bankı olub. Bu gün bankın majoritar səhmdarı kimi "World Wines" şirkəti çıxış edir. Şirkət bankın səhmlərinin 75 faizinə sahibdir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15 faizinə, ABŞ-ın "Kazimir Investment Caspian Fund" holdinqi isə səhmlərin 10 faizinə nəzarət edir.

Aprelin 8-nə rəsmi məzənnə 0,7923 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti