Azərbaycan, Bakı, 12 aprel /Trend/
Azərbaycan Beynəlxalq Bankı ASC-nin Müşahidə Şurasının dünən keçirilən iclasında idarə heyətinin növbəti dövr üçün yeni tərkibi seçilib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Şuranın qərarına əsasən, Emil Mustafayev idarə heyəti sədrinin birinci müavini, Vaqif Əkbərov, Rövşən İsmayılov, Qubad Hüseynov müavin vəzifələrinə təyin ediliblər.
ABB idarə heyətinin sədri Cahangir Hacıyevdir.