...

"Bakı Ağ Şəhər" layihəsi AZPROMO tərəfindən təşkil olunmuş biznes forumların işində iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2011 18:48 (UTC +04:00)
Aprelin 12-13-də Bakıda "Üfüqünü qur və yarat" şuarı altında Azərbaycan-İordaniya tikinti biznes forumu keçirilib. Burada sərmayədarların nəzərinə "Bakı Ağ Şəhər" layihəsi təqdim olunub. Layihənin Bakı Biznes Mərkəzində keçirilmiş təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olub
"Bakı Ağ Şəhər" layihəsi AZPROMO tərəfindən təşkil olunmuş biznes forumların işində iştirak edib

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Aprelin 12-13-də Bakıda "Üfüqünü qur və yarat" şuarı altında Azərbaycan-İordaniya tikinti biznes forumu keçirilib. Burada sərmayədarların nəzərinə "Bakı Ağ Şəhər" layihəsi təqdim olunub. Layihənin Bakı Biznes Mərkəzində keçirilmiş təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olub.

AZPROMO və İordaniyanın Sahibkarlığın İnkişafı Təşkilatı ilə birgə təşkil olunan forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, İordaniyanın sənaye və ticarət naziri Hani əl-Mulki, həmçinin bu ölkənin 16 tikinti, memarlıq və mühəndislik şirkətləri iştirak ediblər. Azərbaycan tərəfi 20-dən artıq şirkətlə təmsil olunub.

Aprelin 13-də "Bakı Ağ Şəhər" layihəsinin nümayəndələri AZPROMO tərəfindən təşkil olunmuş digər biznes forumda da iştirak ediblər. Qara dəniz Ticarət və İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində "Bakı Ağ Şəhər" layihəsi ilə tanışlıq olub. Tədbirdə Azərbaycanda gerçəkləşən bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi imkanları da müzakirə olunub.

"Bakı Ağ Şəhər" layihəsi "Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq olunması haqqında Azərbaycan Prezidentinin fərmanı çərçivəsində həyata keçirilir. Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.az saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti