...

I rübdə Azərbaycanda vergi qanunvericiliyinin pozulması faktı ilə bağlı 106 cinayət işi qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2011 14:35 (UTC +04:00)
2011-ci ilin I rübü ərzində vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 106 cinayət işi başlanıb və 60 iş üzrə ibtidai istintaq tamamlanıb.
I rübdə Azərbaycanda vergi qanunvericiliyinin pozulması faktı ilə bağlı 106 cinayət işi qaldırılıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin I rübü ərzində vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 106 cinayət işi başlanıb və 60 iş üzrə ibtidai istintaq tamamlanıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü nazirlikdən bildirilib.

İbtidai istintaqı tamamlanmış cinayət işlərindən 10 nəfər barəsində 4 cinayət işi, o cümlədən vergiləri ödəməkdən yayınmaya görə 1 iş, qanunsuz sahibkarlığa görə 2 iş, dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməyə və vəzifə saxtakarlığına görə 1 iş baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 40 cinayət işinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti