...

"Flydubai" yaxın vaxtlarda sərnişinlər üçün əyləncə sistemləri ilə təchiz olunmuş yeni təyyarələr alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 15:29 (UTC +04:00)
"Flydubai" şirkəti təyyarələrin icarəsi sahəsində çalışan "MC Aviation Partners" (MCAP) şirkəti ilə dəyəri 80 milyon ABŞ dolları olan müqavilə imzalayıb. Müqavilə şirkətə bu il üçün nəzərdə tutduğu B737-800NG tipli təyyarələr almaq imkanı verəcək.
"Flydubai" yaxın vaxtlarda sərnişinlər üçün əyləncə sistemləri ilə təchiz olunmuş yeni təyyarələr alacaq

Azərbaycan, Bakı, 6 may /Trend/

"Flydubai" şirkəti təyyarələrin icarəsi sahəsində çalışan "MC Aviation Partners" (MCAP) şirkəti ilə dəyəri 80 milyon ABŞ dolları olan müqavilə imzalayıb. Müqavilə şirkətə bu il üçün nəzərdə tutduğu B737-800NG tipli təyyarələr almaq imkanı verəcək. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

Səkkiz il müddətinə bağlanan satış və yenidən icarəyə vermə haqqında müqavilə "Flydubai" şirkətinin sayca 10-cu olan yeni Boeing 737-800NG təyyarəsinin alınması üçündür. 2011-ci ildə şirkətə çatdırılacaq təyyarə yeni Boeing Sky Interior uçuş əyləncə sistemi ilə təchiz edilib.

Yeni təyyarə "Flydubai" şirkətinin artan imkanlarını dəstəkləyəcək və şirkətə bu ilin dekabr ayında çatdırılacaq. "Flydubai" şirkəti 2012-ci il üçün maliyyə xərclərinin ödənilməsi ilə bağlı tenderi bu yaxınlarda elan edəcək.

"Biz MCAP şirkətini bizim yerli və xarici şirkətlərdən ibarət icarədar şirkətlər qrupuna daxil etməyimizə şadıq. "Flydubai" şirkəti kimi MCAP da gənc, iddialı və dinamik bir şirkətdir və biz onlarla uzunmüddətli və qarşılıqlı münasibətlərin inkişaf etdiriləcəyini gözləyirik", - "Flydubai" şirkətinin baş direktoru Qeyt əl-Qeyt bildirib.

"Regionumuzun son aylarda qarşılaşdığı problemlər yaxşı məlumdur, lakin bizim son tender elanı ilə bağlı aldığımız cavablar göstərir ki, beynəlxalq bazarın Dubaya və "Flydubai" şirkətinə olan inamı azalmayıb. 2009-cu ilin iyununda fəaliyyətə başladıqdan bəri "Flydubai" şirkəti sürətlə inkişaf edir. Birləşmiş Ərərb Əmirlikləri də bu yaxınlarda müsbət istiqamətdə inkişaf etməyə başlayıb və ölkə qlobal iqtisadi böhranın təsirindən çıxır. Bizə və BƏƏ-yə inam göstərməkdə davam edən MCAP kimi şirkətlərin burada müəyyən payı var və buna görə də biz onlara göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdik", - o deyib.

"Biz "Flydubai" şirkəti ilə imzaladığımız müqaviləni elan etməkdən məmnunuq. Bu müqavilə yeni dəyərli əməkdaşlıq üçün əsas yaradır. Biz Fars körfəzinin aparıcı hava yolları olan "Flydubai" şirkəti ilə işləməkdən qürur duyuruq və ümid edirik ki, bu müqavilə MCAP-ın Yaxın Şərqdəki mövcudluğunu gücləndirəcək", - "MC Aviation Partners Inc." şirkətinin baş direktoru Tatsuo Sato deyib.

Bu arada "Flydubai" şirkəti "Boeing" şirkətindən sayca 17-ci təyyarə alıb. Eyni zamanda, hava yolları 2009-cu ildə aldığı təyyarələrdən ikisini istifadədən çıxarmaq barədə qərar verib. Bu yolla "Flydubai" şirkəti öz hava donanmasının daha böyük faizinin Boeing şirkətinin istehsalı olan Sky Interior və "Lumexis" şirkətinin istehsalı olan uçuş əyləncə sistemi ilə təchiz olunmasını təmin edəcək. Bununla da "Flydubai" şirkətinin uçuş əyləncə sistemi ilə təchiz edilmiş təyyarələrinin sayı şirkətin donanmasının 50 faizindən çox hissəsini təşkil edir və müştərilərə "Flydubai" şirkətinin göyərtəsində səyahətdən zövq almaq imkanı verir.

Bu addım "Flydubai" şirkətinin hava yolları sənayesində ən yeni şirkət olmasını təmin edir. Belə ki, şirkətin donanmasında olan ən köhnə təyyarə 22 aydır istifadədədir.

Növbəti təyyarə bu ay, daha bir təyyarə isə iyunda çatdırılacaq.

Dubayın ilk qənaətcil hava yolları olan "Flydubai" şirkəti 2008-ci ilin martında Dubay hökuməti tərəfindən yaradılıb və 2009-cu il iyunun 1-də kommersiya uçuşlarına başlayıb. "Flydubai" şirkətinin məqsədi səyahəti daha asan, daha stressiz və daha qənaətcil etməkdir.

Qənaətcil qiymətlərlə biznes modelinə əsaslanan "Flydubai" şirkəti "ödənilən pula görə dəyər" məhsulunu olduqca rəqabətə davamlı qiymətlərlə təklif edir. Şirkətin internet səhifəsi (www.flydubai.com), telefon mərkəzi (+9714 301 0800) və səyahət tərəfdaşları şirkətin müştərilərlə ünsiyyəti üçün vacib vasitədir.

Xəbər lenti

Xəbər lenti