...

Milli Depozit Mərkəzi daha 6 şirkətlə əməkdaşlıq etməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2011 14:25 (UTC +04:00)
Apreldə Azərbaycan Milli Depozit Mərkəzi (MDM) 6 müəssisə və kredit təşkilatı ilə reyestrin və depozitariyanın aparılması üzrə xidmətin göstərilməsi üçün saziş imzalayıb.

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir N.İsmayılova/

Apreldə Azərbaycan Milli Depozit Mərkəzi (MDM) 6 müəssisə və kredit təşkilatı ilə reyestrin və depozitariyanın aparılması üzrə xidmətin göstərilməsi üçün saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı MDM-in məlumatında deyilir.

Onlar arasında "Caucauses Texnologies", "Binəqədi Təmir Tikinti" ASC, "Kredaqro BOKT" QSC, "Maliyyə Resurs Mərkəzi" BOKT, "Sumqayıt Şirniyyat" ASC və "Gəncə Cihazqayırma zavodu" ASC var.

Martda Azərbaycan Milli Depozit Mərkəzi "Kredobank", "Unibank" və "Azərbaycan Dəmir Yolları" ASC ilə depozitariya və reyestrin aparılması barədə müqavilə imzalayıb.

Fevralda belə müqavilə "Məişət Maye Qaz" ASC, yanvarda "İnnovativ Tədris Mənbələri" QSC, "Sabirabad İnşaat Xidməti" ASC ilə bağlanıb.

MDM 1997-ci il sentyabrın 18-də yaradılıb. Mərkəzin təsisçisi və bütün səhm zərfinin mülkiyyətçisi kimi Azərbaycan Dövlət Əmlak Komitəsi çıxış edirdi. QKDK-nın yaradılmasından sonra MDM onun ixtiyarına verilib. Bununla əlaqədar olaraq MDM QKDK tərəfindən 1999-cu ilin 8 sentyabrında yenidən təsis olunub və 1999-cu il sentyabrın 17-də dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti