...

Azərbaycanda sığortanın təbliği sahəsində ciddi iş başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2011 15:08 (UTC +04:00)
Azərbaycan əhalisi arasında sığortanın təbliği əsasən Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) səyləri ilə məhdudlaşır, halbuki onun aktivləşməsində şirkətlərin özləri maraqlı olmalıdırlar. Bu barədə Trend-ə ASA-nın icraçı direktoru Azər Əliyev deyib.
Azərbaycanda sığortanın təbliği sahəsində ciddi iş başlayıb

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Axundov/

Azərbaycan əhalisi arasında sığortanın təbliği əsasən Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) səyləri ilə məhdudlaşır, halbuki onun aktivləşməsində şirkətlərin özləri maraqlı olmalıdırlar. Bu barədə Trend-ə ASA-nın icraçı direktoru Azər Əliyev deyib.

"Ötən illərlə müqayisədə bu il əhali arasında sığortanın təbliği sahəsində böyük iş aparılıb. Düzdür, bu daha çox Dövlət Sığorta Nəzarəti Xidmətinin və ASA-nın fəaliyyəti ilə məhdudlaşıb. Sığortaçılar bu prosesə o qədər də fəal qoşulmayıblar", - Əliyev vurğulayıb.

Əliyev ümid etdiyini bildirib ki, gələn il sığortaçılar bu baxımdan daha fəal olacaqlar.

"Prinspicə, sığorta şirkətlərinin sığortanın təbliğində ümumiyyətlə iştirak etmədiklərini demək doğru olmazdı, onlarda bu, daha çox kommersiya xarakteri daşıyır. Bu da ümumilikdə düzdür, belə ki, istənilən şirkət öz gəlirində maraqlıdır, lakin digər tərəfədən həmişə gəlir və mənfəət məsələlərini güdmək lazım deyil. Əsas odur ki, şirkətlər də maarifləndirici məlumatlar təqdim etsinlər. Hesab edirəm ki, bu gün sığortaçılarda olan potensial onlara bunu daha yaxşı etməyə imkan verir", - Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün sığorta bazarında ciddi hadisələr - qanunvericilik məsələləri, sığorta sahəsində yeniliklər və s. KİV-də çox geniş müzakirə edilir, eləcə də müzakirələrə müxtəlif forumlar və digər elektron informasiya mənbələri qoşulub.

"Məsələn, indi televiziyalarda istehsalatda işçilərin icbari sığortasına həsr edilən çarx göstərilir. Bundan başqa, Maliyyə Nazirliyi əhalinin sığortanın zəruriliyi və müqavilələrin bağlanması qaydaları haqqında məlumatlandırılmasına yönələn daha bir neçə çarx hazırlayır. Bu informasiya əsasən sığortanın əmlak növlərinin, avtomobil, mənzil sığortasının və s.-in təbliğinə yönələcək", - Əliyev vurğulayıb.

Onun sözlərinə görə, Dövlət Sığorta Nəzarəti Xidməti hazırda sığorta məsələlərinə həsr edilən saytın yaradılması üzrə iş aparır. Sayt rəsmi sayta nisbətən daha interaktiv və müştəriləri nəzərə alan olacaq.

"Assosiasiya sığorta üzrə jurnalın buraxılmasını da planlaşdırır. Orada statistik, analitik məlumatlar, müsahibələr veriləcək. Jurnalı hələ ki rüblük əsasda buraxmağı planlaşdırırıq, lakin çoxlu məlumat və maraq olsa, onun tez-tez nəşr edilməsi mümkündür. Ədliyyə Nazirliyində qeydiyyata alınmağı gözləyirik", - Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti