...

Azərbaycanda AFB Capital-ın qiymətli kağızlar bazarında peşəkar fəaliyyət üzrə lisenziyası dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2011 15:59 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AFB Capital" şirkətinin diler, broker və qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyət lisenziyasını dayandırıb.
Azərbaycanda AFB Capital-ın qiymətli kağızlar bazarında peşəkar fəaliyyət üzrə lisenziyası dayandırılıb

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir N.İsmayılova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "AFB Capital" şirkətinin diler, broker və qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyət lisenziyasını dayandırıb. Trend-in məlumatına görə, bu barədə komitənin çərşənbə günü yayılan məlumatında deyilir.

Lisenziya 2011-ci il mayın 4-də "AFB Capital" MMC tərəfindən QKDK-ya müraciət əsasında dayandırılıb. Şirkətə broker və diler fəaliyyəti üzrə icazə 2009-cu il dekabrın 25-də, qiymətli kağızların idarə olunması üzrə isə 2010-cu il martın 3-də verilmişdi.

Ümumilikdə bu günədək Dövlət Komitəsi tərəfindən broker fəaliyyəti üzrə 13, diler üzrə 1, depozitar fəaliyyət üzrə üç, klirinq və fond birjasında fəaliyyətə görə hər biri üzrə bir, qiymətli kağızların idarə olunması üzrə üç, qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə iki icazə verilib.

Xəbər lenti

Xəbər lenti