...

Azərbaycan investisiya mühitinin yaxşılaşmasında çox böyük irəliləyiş əldə edib - BMK

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2011 13:17 (UTC +04:00)
Azərbaycanda sahibkarlıq fəaliyyətində yoxlamaların aparılması üzrə qanun layihəsi işlənib hazırlanır.
Azərbaycan investisiya mühitinin yaxşılaşmasında çox böyük irəliləyiş əldə edib - BMK

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda sahibkarlıq fəaliyyətində yoxlamaların aparılması üzrə qanun layihəsi işlənib hazırlanır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi müdirinin müavini İlqar Qurbanov "Monitorinqlər sisteminin təkmilləşdirilməsi: beynəlxalq təcrübə və onun Azərbaycanda tətbiqi" mövzusunda beynəlxalq seminarın gedişində bildirib.

"Nazirlər Kabineti müvafiq nazirliklərlə birgə sahibkarlıq fəaliyyətində yoxlamaların aparılması prosesini tənzimləyən qanun layihəsinin hazırlanmasını həyata keçirir. Biz onun reallaşmasından müsbət nəticələr əldə edəcəyimizi planlaşdırırıq", - Qurbanov deyib.

Qanun layihəsi biznesdə yoxlamalar prosesinin tənzimlənməsində, sahibkarlıq sektoru tərəfindən etimadın artırılmasında, onların fəaliyyətinə maneçiliyin aradan qaldırılmasında və ölkədə əlverişli biznes mühitinin yaradılmasında əhəmiyyətli rol oynayır.

Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ölkədə biznes mühitinin təkmilləşdirilməsi üzrə nümayəndəsi İrina Niderbergerin sözlərinə görə, Azərbaycan investisiya mühitinin yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edib və bu istiqamətdə islahatlar davam edir.

"BMK belə təşəbbüsləri [qanun layihəsinin hazırlanması] alqışlayır, çünki bu, müfəttişlik sistemini tənzimləyən bütün normativ və texniki tələblərin bir-biri ilə uyğunlaşdırılmasına və yaxşılaşdırılmasına gətirib çıxaracaq", - Niderberger deyib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımovun sözlərinə görə, Azərbaycan biznesdə yoxlamaların aparılması sahəsində müxtəlif ölkələrin təcrübəsini öyrənir.

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestri hazırlanıb və o, mayın 1-dən qüvvədədir.

"Sahibkarlıq fəaliyyətində yoxlamaların reyestrinin yaradılmasında əsas məqsəd həm sahibkarlıq subyektlərini, həm də yoxlama orqanlarını dəqiq məlumatla təmin etməkdir", - Qasımov deyib.

Ədliyyə Nazirliyində reyestrin yaradılması, aparılması və istifadə olunması, eləcə də oradakı məlumatların mühafizəsini təmin edən qeydiyyat informasiya sistemi yaradılıb.

Reyestrin vahid məlumat bazasının yaradılması məqsədilə və müvafiq məlumat sistemlərinə qarşılıqlı birləşmə əsasında Vergilər Nazirliyi tərəfindən vergi orqanlarında sahibkarlıq fəaliyyəti subyektləri kimi qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər haqqında qanunvericilik yolu ilə müəyyən edilən məlumatların əldə olunması və daim yenilənməsi təşkil olunub.

Xəbər lenti

Xəbər lenti