...

Azərbaycan İpoteka Fondu istiqrazların yerləşdirilməsi həcmini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2011 15:18 (UTC +04:00)
Cümə axşamı ölkənin Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat həcmində faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Azərbaycan İpoteka Fondu istiqrazların yerləşdirilməsi həcmini artırır

Azərbaycan, Bakı, 24 may /Trend/

Cümə axşamı ölkənin Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat həcmində faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Trend-in məlumatına görə, bu barədə AİF-in çərşənbə axşamı yaydığı məlumatında deyilir.

Məlumata görə, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar hərraca 100,9583 dəyərlə çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manat həcmində qeydiyyata alınan faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazların üçüncü emissiyasından aparılır. İstiqrazların gəlirliliyi üç faiz təşkil edir. Bu emissiyanın yerləşdirilməsinə yanvarın 17-dən başlanıb və bu günədək 28 milyon manatlıq istiqraz satılıb.

İpoteka kreditlərinə olan böyük tələbat nəzərə alınmaqla hər bir hərracda istiqrazların alışı üzrə təklif yerləşdirmənin həcmini bir dəfə üstələyir. Bununla əlaqədar AİF tranşın həcmini beş milyon manatadək artırıb. Adətən yerləşdirmənin həcmi üç milyon manatla məhdudlaşır.

Mayın 24-nə olan rəsmi məzənnə 0,79 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti