...

Azərbaycan Parlamenti 2011-ci il üçün dövlət büdcəsinə düzəlişlərlə bağlı qanun layihəsini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2011 15:51 (UTC +04:00)
Cümə günü Azərbaycan Milli Məclisi "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" və "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklər haqqında" qanun layihələrini təsdiq edib.
Azərbaycan Parlamenti 2011-ci il üçün dövlət büdcəsinə düzəlişlərlə bağlı qanun layihəsini təsdiqləyib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.Xəlilova/

Cümə günü Azərbaycan Milli Məclisi "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" və "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklər haqqında" qanun layihələrini təsdiq edib.

Trend-in məlumatına görə, 2011-ci ildə dövlət büdcəsinin gəlirləri 99,1 faiz yerinə yetirilərək 11,403 milyard manat, xərclər 96 faiz (11,766 milyard manat) təşkil edib. Ötən ilin yekunları üzrə dövlət büdcəsinin defisiti 362,9 milyon manat və ya ÜDM-in 0,8 faizini təşkil edib.

2011-ci il üçün dövlət büdcəsinə dəyişikliklər çərçivəsində gəlirlər 3493,2 milyon manat və ya 29 faiz artırılır. Təsdiq edilmiş proqnoz 15554,2 milyon manat olub. Bu, 2010-cu il üçün faktiki göstəricinin 36,4 faiz (4151,2 milyon manat) artımı deməkdir. İlin sonuna ÜDM-dəki büdcə gəlirlərinin xüsusi çəkisinin 34,7 faizədək artması gözlənilir. Bu, təsdiq edilən proqnozdan 4,7 faiz çoxdur və ötən ilin faktiki göstəriciləri üzrə 7,3 faizlik artımdır.

Layihəyə əsasən, dövlət büdcəsinin xərcləri 2011-ci il üçün təsdiq edilən proqnoz göstəricisinin 25 faiz artımı ilə 15941,2 milyon manat və ya 2010-cu ilin faktiki göstəricisininə nisbətdə 35,5 faiz artımla 3193,2 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Dövlət büdcəsinin defisiti 387 milyon manat və ya ÜDM-in 0,9 faizi səviyyəsində proqnozlaşdırılır.

Parlament Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il üçün büdcəsinə dəyişikliklərin edilməsinə də səs verib.

Mayın 27-nə olan rəsmi məzənnə 0,7896 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti