...

Ernst & Young Britaniya Biznes Qrupu (BBQ) üçün "İnkişaf üçün Rəqabət" tədqiqatını təqdim etmişdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2011 13:59 (UTC +04:00)
Ernst & Younq 2 iyun 2011-ci il tarixində Hyatt Beynəlxalq Mərkəzində keçirilmiş BBQ-nun aylıq iclasına sponsorluq etmişdir. İclasda müxtəlif şirkətlərin, eləcə də Böyük Britaniyanın Ticarət Nümayəndəliyinin 100-dən artıq təmsilçisi iştirak etmişdir.
Ernst & Young Britaniya Biznes Qrupu (BBQ) üçün "İnkişaf üçün Rəqabət" tədqiqatını təqdim etmişdir

Trend-i buradan izləyin

Bakı, 3 iyun 2011-ci il

Ernst & Younq 2 iyun 2011-ci il tarixində Hyatt Beynəlxalq Mərkəzində keçirilmiş BBQ-nun aylıq iclasına sponsorluq etmişdir. İclasda müxtəlif şirkətlərin, eləcə də Böyük Britaniyanın Ticarət Nümayəndəliyinin 100-dən artıq təmsilçisi iştirak etmişdir.

Turqay Teymurov, Ernst & Young şirkətinin Audit üzrə Partnyoru, bazarda EY əməliyyatlarını icmalını təqdim etmiş və "İnkişaf üçün Rəqabət" adlanan son tədqiqat proqramı üzrə təqdimatla çıxış etmişdir.

"İnkişaf üçün Rəqabət" haqqında

"İnkişaf üçün Rəqabət" - bizim son tədqiqat proqramımızdır. 2010-cu ilin oktyabr ayında təqdim edilmiş proqramın ilk variantında biz şirkətlərin mənfəətli inkişafa qayıtmaq üçün hansı addımlar attıqlarını araşdırmağa çalışdıq. İndi, "Biznesin hüdudlardan kənara genişlənməsi" adlı "İnkişaf üçün Rəqabət" proqramının yenilənmiş variantında biz yüksək fəaliyyət nəticələri olan şirkətlərin uğurlu inkişaf strategiyaları və müvafiq taktikaları necə tətbiq etdiklərini müəyyən etməyə çalışırıq.

2010-cu ilin sonlarında biz bütün dünya üzrə müxtəlif sahələrdə fəaliyyət göstərən 1,400 şirkətin nümayəndələri ilə müsahibələr apardıq. 2011-ci ilin yanvar və fevral aylarında biz bu tədqiqatı iki əlavə araşdırma ilə tamamladıq. Bu araşdırmalardan biri 400 baş menecerin və marketinq menecerlərinin yeni bazarlara necə daxil olmalarını və yenilikləri necə tətbiq etmələrini daha yaxşı başa düşmək məqsədilə aparılmış, digəri isə 400 baş menecerin və insan resursları üzrə direktorun talantların idarə edilməsi probleminə yanaşmasını tədqiq etmişdir.

Biz mənfəət və gəlir artımı baxımından yüksək göstəriciləri olan şirkətlərin 33%-ni müəyyən edərək, uğurlu idarəetmə nümunəsinin aşkar edilməsi və təfsilatların izah edilməsi məqsədilə həmin şirkətlərin cavablarını topladıq.

Ernst & Yanq haqqında

Ernst & Yanq audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 141,000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş sosial qrupların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Yanq, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Kazan, Krasnodar, Tolyatti, Yujno-Saxalinsk, Almatı, Astana, Atırau, Bakı, Kiyev, Donetsk, Daşkənd, Tbilisi və Minskdə yerləşən 18 ofisdə 3,500 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Yanq Azərbaycanda

Ernst & Yanq 17 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkət olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 120 işçi çalışır. Ernst & Yanqın Xəzər regionundakı güclü mövqeyi və şirkətin öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, şirkət inkişaf etdikcə, Ernst & Yanqın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla http: //www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti