...

"Azərbaycan Hava Yolları" QSC daxili reyslər üzrə yeni tariflər tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyun 2011 14:45 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) öz imkanları hesabına respublika vətəndaşları üçün yeni güzəştli tariflər tətbiq edir.
"Azərbaycan Hava Yolları" QSC daxili reyslər üzrə yeni tariflər tətbiq edib

Azərbaycan, Bakı, 15 iyun /Trend/

2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi çərçivəsində, eləcə də daxili turizmin inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) öz imkanları hesabına respublika vətəndaşları üçün yeni güzəştli tariflər tətbiq edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "SW Travel" şirkətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, 2011-ci il iyunun 15-dən dekabrın 31-dək Gəncə, Lənkəran və Zaqatala istiqamətində Azərbaycan vətəndaşları üçün uçuşlara aşağıdakı tariflər tətbiq ediləcək:

Bakı-Gəncə/Gəncə-Bakı - 40 manat;

Bakı-Lənkəran/Lənkəran-Bakı - 25 manat;

Bakı-Zaqatala/Zaqatala-Bakı - 35 manat.

Xəbər lenti

Xəbər lenti