Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir N.İsmayılova/
Müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilmiş sərinləşdirici içkilərin, mənşəyi məlum olmayan qatqıların, üzərində məhsulların adları Azərbaycan dilində göstərilməyən etiketlərin məhv edilməsi barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Emin Hacıyevə icrası məcburi göstəriş verilmişdi.
Qeyd olunan göstərişin icrası ilə əlaqədar 449 litr sərinləşdirici içki, 10 kq qatqı və 9,3 kq etiket Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib. Bu barədə çərşənbə axşamı nazirliyin məlumatında deyilir.
Haqsız rəqabətə yol verdiyinə görə, Dövlət Xidməti tərəfindən sahibkar Emin Hacıyev barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.