...

Azərbaycanın Nəqliyyat Nazirliyi yağışın ziyan vurduğu avtomobil yolları obyektlərini bərpa edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2011 15:52 (UTC +04:00)
Nəqliyyat Nazirliyinin struktur və bölmələrinə daxil olan heyət bu ilin aprel ayından iyun ayınadək yağan leysan yağışları nəticəsində avtomobil yolları obyektlərinə dəyən ziyanın aradan qaldırılmasına başlayıb.
Azərbaycanın Nəqliyyat Nazirliyi yağışın ziyan vurduğu avtomobil yolları obyektlərini bərpa edir

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyinin struktur və bölmələrinə daxil olan heyət bu ilin aprel ayından iyun ayınadək yağan leysan yağışları nəticəsində avtomobil yolları obyektlərinə dəyən ziyanın aradan qaldırılmasına başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azəryolservis" ASC-dən bildiriblər.

Məlumata görə, bu dövrdə magistral və yerli yollara, 40-a yaxın körpüyə və kanala 21 milyon manata yaxın məbləğdə ziyan dəyib.

Leysan yağışları nəticəsində dəyən ziyan Azərbaycanın 17 rayonunu - Daşkəsən, Göygöl, Goranboy, Qusar, Füzuli, Qobustan, Beyləqan, Oğuz, Şəki, Qax, Quba, Qəbələ, Şamaxı, Samux, İsmayıllı, Gədəbəy və Balakəni əhatə edib. Nisbətən daha çox ziyan İsmayıllı rayonunun avtomobil yolları infrastrukturuna (10 milyon manata yaxın), eləcə də Beyləqan (3 milyon manatdan çox) və Daşkəsən rayonlarına (2 milyon manatdan çox) dəyib.

Xəbər lenti

Xəbər lenti