...

Azərbaycanda vergi terminallarının xidmət sahəsi genişləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 15:35 (UTC +04:00)
Azərbaycanda vergi terminallarının göstərdikləri xidmət sahəsi genişləndirilib.
Azərbaycanda vergi terminallarının xidmət sahəsi genişləndirilib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda vergi terminallarının göstərdikləri xidmət sahəsi genişləndirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı vergilər nazirinin müavini Natiq Əmirov brifinqdə deyib.

"Fiziki şəxslərin onlayn-qeydiyyatı sisteminin tətbiqi ilə əlaqədar bütün vergi terminallarında vergi orqanlarında qeydiyyatdan keçərkən sahibkarlara kömək etmək məqsədilə məsləhətləşmələr təklif olunur", - Əmirov deyib.

Onun sözlərinə görə, indi bilavasitə terminalların özlərində qeydiyyatdan keçmək mümkündür.

"Yeni terminalların tikintisinə maliyyə resursları ayrılıb, çünki həm bu il, həm də növbəti illərdə ölkənin bütün inzibati rayonlarını əhatə etmək məqsədilə onların sayının artırılması nəzərdə tutulub. Ehtimal olunur ki, bu proses yaxın 3-4 ildə başa çatacaq", - o deyib.

Bu gün ölkədə 27 vergi terminalı fəaliyyət göstərir. 2013-cü ilədək Azərbaycanın Vergilər Nazirliyi ölkədəki vergi terminallarının sayını 55-ə çatdırmağı planlaşdırır.

Bu terminallar vasitəsilə vergiödəyicilər vergi orqanları ilə elektron sənəd dövriyyəsi həyata keçirə biləcək, bəyannamələri və başqa hesabat sənədlərini sonradan yola sala bilməklə düzgün tərtib edə biləcək, bununla əlaqədar lazımi izahatı ala biləcəklər. Terminallarda habelə vergiödəyicilərin şəxsi vərəqələrinə baxmaq üçün imkan da yaradılacaq.

Xəbər lenti

Xəbər lenti