...

"Azərbaycan Dəmir Yolları" QSC modernləşdirmə üzrə xüsusi komissiya yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2011 18:52 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov "Dəmiryol nəqliyyatı sisteminin bütün sahələrinin modernləşdirilməsi haqqında" əmr imzalayıb.
"Azərbaycan Dəmir Yolları" QSC modernləşdirmə üzrə xüsusi komissiya yaradıb

Azərbaycan, Bakı, 12 iyul /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov "Dəmiryol nəqliyyatı sisteminin bütün sahələrinin modernləşdirilməsi haqqında" əmr imzalayıb. Trend-in məlumatına görə, bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nazir Əzməmmədov məlumat verib.

Əmrdə qeyd olunur ki, "2010-2014-cü illərdə Azərbaycanın dəmiryol nəqliyyatı sisteminin inkişafı Dövlət Proqramı"na uyğun olaraq, QSC hazırda vaqon və lokomotiv parkının yenilənməsi, Bakı-Böyük Kəsik yolunun dəyişən cərəyan sisteminə keçidi, dəyişən cərəyanda işləyən lokomotivlərin alınması üzrə işlər görür, habelə siqnal və rabitə sisteminin modernləşdirilməsi, uzunluğu 317 kilometr olan Bakı-Böyük Kəsik yolunun rekonstruksiyası üzrə işlərə başlanılıb.

Azərbaycan dəmiryollarının müasir normalara uyğunlaşdırılmasında modernləşdirmənin prioritet istiamətlərindən biri kimi yeni texnologiyaların və elmi-texniki nailiyyətlərin tətbiqinə və bu prosesin proqram əsasında yerinə yetrilməsinə baxılır.

Əmrə uyğun olaraq, "Azərbaycan Dəmir Yolları" QSC-də zəruri işlərin həcminin müəyyən edilməsi üçün QSC-nin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə xüsusi komissiya yaradılıb.

Hazırda komissiya proqram çərçivəsində iş planı hazırlayır.

Xəbər lenti

Xəbər lenti