...

"Atəşgah" SŞ könüllü tibbi sığorta xidməti çərçivəsində əməkdaşlıq etdiyi tibb müəssisələrinin sayını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2011 16:11 (UTC +04:00)
Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ təqdim etdiyi könüllü tibbi sığorta xidməti çərçivəsində əməkdaşlıq etdiyi tibb müəssisələrinin sayını artırıb.
"Atəşgah" SŞ könüllü tibbi sığorta xidməti çərçivəsində əməkdaşlıq etdiyi tibb müəssisələrinin sayını artırıb

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ təqdim etdiyi könüllü tibbi sığorta xidməti çərçivəsində əməkdaşlıq etdiyi tibb müəssisələrinin sayını artırıb. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Bundan sonra Mingəçevir və Gəncə şəhər sakinləri, eləcə də regionları səyahət etməyi sevənlər öz istirahətlərini və yaxud işgüzar ritmini pozmadan, qiymətli vaxtını tibb müəssisələrinin axtarışına sərf etməyəcəklər.

"Atəşgah" SŞ-nin könüllü tibbi sığorta proqramı üzrə sığorta olunanlar Mingəçevirdə fəaliyyət göstərən "Euromed" və "Şəfa", həmçinin Gəncədə yerləşən "Yeni Gəncə" tibb mərkəzinin ixtisaslı mütəxəssisləri tərəfindən müayinə və müalicə almaq imkanı əldə ediblər.

Bununla yanaşı, şirkət "Zəfəran" regional apteklər şəbəkəsi ilə də müqavilə bağlayıb. Bu, şirkət müştərilərinə lazım olduğu zaman bütün gərəkli dərman preparatlarını könüllü tibbi sığorta polisi çərçivəsində elə yaşadığı rayonun hüdudlarından kənara çıxmamaqla əldə etmək imkanını verəcək.

Hazırda "Atəşgah" SŞ-nin könüllü tibbi sığorta çərçivəsində tərəfdaşları olan tibb müəssisələrinin sayı 60-dan artıqdır.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb. Şirkətin səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, eləcə də kommersiya təşkilatları - ISR Holdinq və RAN-Eksimdir.

"Atəşgah" ASC SŞ "Atəşgah Həyat" ASC SŞ və "İntermed" Tibb Klinikası ilə birgə "Atəşgah" Sığorta Qrupuna daxildir.

2010-cu ilin nəticələrinə əsasən, SŞ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqları 14,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

İyulun 14-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti