Azərbaycan, Bakı, 27 iyul /Trend/
Nəqliyyat Nazirliyi "Bakı Sərnişin Nəqliyyatı" MMC "D" kateqoriyalı sürücülərin seçimini elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü rəsmi mətbuatda yerləşdirilən məlumatda deyilir.
"D" kateqoriyalı sürücülər Bakı şəhəri -1108, A.Gəraybəyli küçəsi, 29 ünvanına müraciət etməlidirlər.
"D" kateqoriyalı sürücülük vəsiqəsi sərnişinlərin daşınması və sürücünün oturacağı da daxil olmaqla səkkizdən artıq oturacaq yerinə malik avtomobilləri idarə etməyə icazə verir.