...

Azərbaycanda keyfiyyətsiz sərinləşdirici içkilər istehsalçılarına maliyyə sanksiyaları tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2011 18:27 (UTC +04:00)
Antiinhisar Xidməti keyfiyyətsiz sərinləşdirici içkilər istehsalçılarına qarşı 5,5 min manata yaxın ümumi məbləğdə maliyyə sanksiyaları tətbiq edib.
Azərbaycanda keyfiyyətsiz sərinləşdirici içkilər istehsalçılarına maliyyə sanksiyaları tətbiq edilib

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keyfiyyətsiz sərinləşdirici içkilər istehsalçılarına qarşı 5,5 min manata yaxın ümumi məbləğdə maliyyə sanksiyaları tətbiq edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən və "Budad LTd"-yə məxsus sexdə aparılan yoxlama zamanı "Budad" kvas içkisinin müvafiq reseptura və texnoloji təlimat olmadan istehsal edilməsi aşkar edilib. İçkilərin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, qazsız içkilərin etiketlərində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin, eləcə də məhsulun istehsal tarixinin, kvas içkisinin üzərində məhsulun enerji dəyəri və istehsalçısı barədə məlumatların göstərilməməsi səbəbindən "Budad LTd" barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri ilə bağlı 4,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Xətai rayonunda yerləşən və Qüdrət Abasova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Tərxun" sərinləşdirci içkisinin, qazsız suların gigiyenik və uyğunluq sertifikatları, qazlı suların uyğunluq sertifikatı, "Düşes" sərinləşdirci içkisinin müvafiq reseptura və uyğunluq sertifikatı, albalı və şaftalı nektarlarının isə müvafiq reseptura olmadan istehsal edilməsi, qazlı suların etiketlərində saxlama müddətinin normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərilməsi, "Çernoqolovka" adı ilə istehsal olunan sərinləşdirici içkilərin üzərində iki müxtəlif saxlama müddətinin qeyd edilməsi, habelə sərinləşdirici içkilərin istehsalında mənşəyi məlum olmayan albalı və şaftalı nektarı qatqılarından istifadə edilməsi səbəbindən bu sahibkar barəsində 897 manat maliyyə sanksiyası tətbiq edilib.

Avqustun 4-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti