...

Yol qəzasına düşən sərnişin avtobusu bir saat ərzində Bakıya çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2011 13:00 (UTC +04:00)
Kazan-Bakı marşrutu ilə hərəkət edən və bazar ertəsi səhər Şabran şəhərində qəzaya uğrayan sərnişin avtobusu bir saat ərzində Azərbaycan paytaxtına çatacaq.
Yol qəzasına düşən sərnişin avtobusu bir saat ərzində Bakıya çatacaq

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir A.Axundov/

Kazan-Bakı marşrutu ilə hərəkət edən və bazar ertəsi səhər Şabran şəhərində qəzaya uğrayan sərnişin avtobusu bir saat ərzində Azərbaycan paytaxtına çatacaq. Trend-in məlumatına görə, bu barədə Bakı Beynəlxalq Avtovağzalından məlumat verilib.

"Qəzaya səbəb təkərin partlaması olub, onu dəyişdirdikdən sonra avtobus normal rejimdə öz hərəkətini davam etdirib", - avtobusun məxsus olduğu Bakı avtovağzalından bildirilib. Oradan qeyd edilib ki, beynəlxalq və şəhərlərarası reyslərə çıxan avtobuslar müntəzəm olaraq texniki baxışdan keçirlər.

Avtovağzaldan göstərilən avtobusun sərnişinləri arasında yaralananların olub-olmaması və onların vəziyyətinin necə olduğu barədə dəqiq məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti