...

"ABB-Moskva" "Zolotaya korona" pul köçürmələri sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2011 18:26 (UTC +04:00)
Avqustun 23-dən "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın Moskvadakı əlavə ofisləri müştərilərə "Zolotaya korona" pul köçürmələri sistemi üzrə xidmətlər göstərməyə başlayıb.
"ABB-Moskva" "Zolotaya korona" pul köçürmələri sisteminə qoşulub

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir N.İsmayılova/

2011-ci il avqustun 23-dən "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın Moskvadakı əlavə ofisləri müştərilərə "Zolotaya korona" pul köçürmələri sistemi üzrə xidmətlər göstərməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın məlumatında deyilir.

"Zolotaya korona" sistemi üzrə pul köçürmələrinin göndərilməsi və verilməsi Rusiya, Qazaxıstan, Moldova, Tacikistan, Ukrayna, Azərbaycan və digər ölkələrdə yerləşən 25 mindən çox məntəqəni nəzərdə tutur.

"ABB-Moskva" 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu kimi yaradılıb. Bankın şəbəkəsinə Moskva, Sankt-Peterburq və Yekaterinburqdakı 13 satış ofisi daxildir.

Xəbər lenti

Xəbər lenti