...

Xəzər Dəniz Gəmiçiliyi gəmilərin cari hərəkət qrafikini dəqiqləşdirməyi tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2011 17:34 (UTC +04:00)
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin yoladüşmə və yanalma vaxtları dəyişə bilər.
Xəzər Dəniz Gəmiçiliyi gəmilərin cari hərəkət qrafikini dəqiqləşdirməyi tövsiyə edir

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Gəmiçilikdən asılı olmayan səbəblərə görə, o cümlədən limanda körpünün boşalmaması, hava şəraitinin pisləşməsi, avtomobillərin və dəmiryol vaqonlarının yığılması, limanlarda gömrük, sərhəd və digər qurumların işinin uzanması və s. səbəblərdən gəmilərin yoladüşmə və yanalma vaxtları dəyişə bilər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

Gəmilərin hərəkət cədvəlini aşağıdakı telefonlarla dəqiqləşdirmək tövsiyə olunur:

(+99412) 493-51-85, 447-73-14, 379-03-57

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin bərələri Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində hər gün səfərlər həyata keçirirlər.

Gəmiçiliyin ro-ro tipli gəmisi isə Bakı-Aktau-Bakı xəttində həftədə bir dəfə səfər edir.

Xəbər lenti

Xəbər lenti